Şou-biznes

Nüşabə: "Bacım xərçəngdir, kömək istəsəm, deyəcəklər ki..."

29 İyul 2015 14:40
29 Şərh     Baxış: 4 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nüşabə Ələsgərlinin bacısı xərçəng xəstəliyindən əziyyət çəkir.

Əməkdar artist bu haqda "Qafqazinfo"ya açıqlamasında məlumat verib:

"Həyatda bütün problemlərin öz həlli var, əsas odur ki, insanın canı sağ olsun. Keçən dəfə bir sinif yoldaşımla toyda rastlaşdıq, dedi ki, xərçəngdir və imkanı yoxdur müalicə almağa, məndən kömək istədi. Çarəsiz qaldım. Mənim bacım da xərçəng xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yardım, sığorta yoxdur.  Diabet, böyrək çatışmazlığı və bir çox ağır xəstəliklər üçün dövlət yardım ayırıb. İstərdim ki, onkoloji xəstələrə yardım edilsin. Onların ümidi Allaha qalıb. Bu xəstəlikdən əziyyət çəkənlərin ölümə məhkum olduqları məlumdur. Onları az da olsa, yaşatmaq, sağalma ehtimallarını dəyərləndirmək lazımdır".

Ələsgərli bacısı üçün heç bir quruma müraciət etmədiyini qeyd edib:

"Heç yerə müraciət etməmişik. Çünki kimdən kömək istəsəm, deyəcəklər ki, müğənnisən, milyonun var. Özün xəstəni sağalt. Bizim imkanımız çatmır ki, bacımın müalicəsini tam edək. Dərmanlar çox bahadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.