Şou-biznes

Milyonçuya ərə gedən azərbaycanlı model ana oldu - FOTO

29 İyul 2015 12:42
5 Şərh     Baxış: 12 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova (Alptekin) növbəti dəfə analıq sevincini yaşayıb. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, keçmiş model bu barədə İnstagram səhifəsində yazıb: "İkinci qızımı, üçüncü uşağımı Allah bizə bağışladı! Şükür, Allahım!"

Körpə 2 gün əvvəl, 27.07.2015 tarixində saat 11:04-də dünyaya gəlib. 

40 yaşlı keçmiş model artıq 2 qız, bir oğul anasıdır. Onun ilk övladları əkizdir - körpələrə Sara və Emir adı verilib.

Nigar Talıbova hamiləlik fotolarını da sosial şəbəkədə paylaşmışdı. İki il əvvəl ərə gedən və artıq iki uşaq anası olan Nigar bir neçə gündən sonra yenidən ana olacağını və bu dəfə qızının doğulacağını hər kəslə bölüşmüşdü.

Nigar Talıbovanın həyat yoldaşı Ekim Alptekin adlı türk iş adamı, milyonçudur. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir. 

Nigar Talıbova və Ekim Alptekin 2013-cü ilin noyabr ayında rəsmi nikaha giriblər. Ona qədər isə, artıq avqust ayında cütlüyün əkiz uşaq gözlədikləri barədə xəbərlər yayılmışdı. Nigar oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekinlə sadə nikah mərasimi ilə evlənmişdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.