Şou-biznes

Azisin otağına gəlib bərk-bərk qucaqlayan azərbaycanlı müğənni - VİDEO - FOTO

29 İyul 2015 12:09
30 Şərh     Baxış: 18 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 25 iyulda Bakıda konsert verən məşhur Bolqarıstan müğənnisi Azis vaxtilə onun mahnısına "cover" etmiş gənc azərbaycanlı müğənni Elvin Babazadə ilə görüşüb.

Onların görüşünün təfərrüatlarını öyrənmək üçün Elvin Babazadə ilə əlaqə saxladıq. O, Azislə görüşdən məmnun olduğunu bildirib.

"İlk növbədə təşkil edilmiş görüşə görə Samir Xəttaba minnətdaram. Görüşümüz çox da uzun çəkmədi. Mən Azisin otağına daxil oldum və o, çox diqqətlə məni sezirdi. Ağlıma iki fikir gəldi: Azis içki şüşəsini üzərimə ataraq: "Məhkəmədə görüşərik! Nəhayət, səni tapdım!" - deyəcək və yaxud hər şey sülhlə bitəcək. Mən yaxınlaşdım, salamlaşdım və "Mən sizin mahnınızı ifa etmişəm" söylədim. O isə dərhal: "Doğrudan? Elvin?" - dedi. Və bundan sonra onunla qucaqlaşdıq. Bir sözlə, hər şey sülhlə bitdi. Sonda isə videokameranı qoşaraq, ümumi olan "Sen Trope" mahnımızı ifa etdim. Düşünürəm ki, gələcəkdə hər hansı layihə ilə bağlı yenidən görüşəcəyik. 

Ayrıca təşəkkür isə Azisə düşür. O, bir çox müğənnilərin edə biləcəyini etmədi. Azis başa düşdü ki, mən onun mahnılarının təbliğ olunmasında böyük rol oynamışam. Samir mənə bildirdi ki, Azis mənim barədə eşidən kimi tanıyıb. Düşünürəm ki, Azis mənim konsertə gələcəyimi gözləmirdi. O mənə çox gözəl səsimin olduğunu dedi. Duet barədə bir söz deməsə də, fikrimcə, bunun üçün ilk addım artıq atılıb. Partlayışa hazır olun", - deyə Elvin bildirib.

Elvin qeyd edib ki, əvvəl Azislə bir səhnəni bölüşmək məhz ona təklif olunsa da, sonradan bəzi səbəblərə görə bu alınmayıb.

"Bəzən arzularımdan asılı olmayaraq ağlım ilə hərəkət etməyi üstün tuturam", - deyə sənətçi əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə qalmaqalları ilə məşhur olan bolqar müğənni Azis ilə əməkdaşlıq edən prodüser mərkəzi "Eurovision-2013"ün milli seçim turunun iştirakçısı Elvin Babazadəni müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Milli seçim turunun beşinci həftəsində müğənni Elvin Babazadə İTV-nin efirində Azisin "Sen-Trope" mahnısını Azərbaycan dilində ifa etmişdi.

Elvin Babazadənin repertuarında Azisin bir neçə mahnısı yer alır.

Onların görüşündən video və fotoları təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.