Şou-biznes

Elnurdan sərt ittiham: "Ağıllı olun, ay ağılsızlar"

29 İyul 2015 11:24
18 Şərh     Baxış: 2 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elnur Məmmədov Moskvada azərbaycanlı cütlüyün toyunda oxuyan zaman mikrofonunun işləmədiyini görüb onu yerə çırpıb səhnəni tərk edən tanınmış müğənni Qriqori Lepsə tərəfdaşlıq edib. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi mikrofonda bu cür problemlərin bəzi həmkarları tərəfindən bilərəkdən yaradıldığını qeyd edib: 

"Mən heç də qınamıram. Mən də bu stressi yaşamışam. Səs rejissorları var ki, səslənmə ilə işləməyi bacarmırlar. Ya da işlədiyi müğənni tapşırır ki, mən idarə etdiyim toyda qonaq gələn müğənnidə məndən yaxşı səslənmə olmasın. Bu da əsəblərə təsir edir. Cəsarəti catan, özünü doğruldan və ən əsası səsi olan, canlı oxuya bilən müğənnilərdə bu cür vəziyyətlər yaranır. Səhnə arxası o qədər iyrəncliklər var ki... Düşünmürlər ki, Allahın bəndəsinə verdiyi ruzini sən kimsən alasan? Ağıllı olun. Ay pisliklərdən başı ayılmayanlar. Hər bir əməlimizə özümüz cavab verəcəyik. Heç olmasa bunu düşünün, ay ağılsızlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.