Şou-biznes

Kişi axtaran müğənnimiz: "Biri çempiondur" - FOTO

29 İyul 2015 09:16
18 Şərh     Baxış: 5 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şölə Səfərəliyevanın aktyor Eşton Kaçerə bənzəyən kişi axtarışı hələlik bir nəticə verməyib. Publika.az-a açıqlama verən müğənni bildirib ki, müraicət edən çox olsa da, xoşuna gələn yoxdur.

"Müraciətimdən sonrakı bu həftə ərzində şəkil göndərənlər çox olub. Amma xoşuma gələn hələ ki, yoxdur. Üzərində düşündüyüm biri var, lap Eştona oxşayır. Özü də idmançıdır. Ancaq hazırda Bakıda olmadığından konkret nəticə əldə etməmişik. Bakıya gəldikdən sonra onunla canlı görüşüb klipə çəkilməsi barədə söhbətlər aparacağıq. Hələlik isə seçimlər davam edir".
 
Müğənninin sözlərinə görə, şəkil göndərənlər arasında şərtə əməl etməyənlər də var:
 
"Eştona oxşamayanlar da şəkil göndərib: aralarında hətta qarınlı kişilər də var".
 
Müğənni həmçinin klipdə çəkilmək üçün müxtəlif yaş hədlərində olan bəylərdən də danışıb.
 
"18 və 40 yaş arası kişilər müraciət ediblər. Qızlardan da  sevgililərinin, qardaşlarının şəkillərini göndərənlər olub. Bəzi modellərimiz də bu təklifimdə maraqlı görünürlər. Ancaq mən hələlik seçim edirəm".
 
Şölə Səfərəliyeva Publika.az-a niyə məhz Eşton Kaçerin oxşarını axtardığına da aydınlıq gətirib:
 
"Bilirsiniz ki, Eşton saqqız reklamlarından birində çəkilib. Yerli telekanallarımız da gündə 20 dəfə həmin reklamı yayımlayır. O qədər görürəm ki, istər-istəməz beynimə düşüb. Əvvəllər isə ona heç fikir vermirdim. Daha sonra yaraşıqlı, ucaboy və idman bədən quruluşlu olmasına diqqət etdim.  Daha nə lazımdır?! Bir də mənim  sərt cizgili kişilərə fobiyam var. O, isə xoş simalı və mülayimdir. Düşünürəm ki, əksər xanımlara xoş gəlir".
 
Xatırladaq ki, bir həftə öncə müğənni Şölə Səfərəliyeva klipə çəkilməsi üçün kişi axtardığı barədə açıqlama verib. Şərtə görə, kişi dünya şöhrətli aktyor Eşton Kaçerə bənzəməlidir. Özünə güvənənlər  "Facebook" və ya "İnstagram" sosial şəbəkəsinə şəkillərini göndərə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.