Şou-biznes

Azərbaycanlı müğənnidən bikinidə klip - VİDEO

28 İyul 2015 14:37
77 Şərh     Baxış: 10 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "O ses Türkiye" layihəsinin azərbaycanlı iştirakçısı müğənni Səmra Rəhimlinin rəsmi YouTube kanalında "O sevir" (musiqi və sözlər MC Murada məxsusdur) mahnısına çəkilmiş debüt videosu təqdim edilib.

Oxu.az xəbər verir ki, "O sevir" klipi Xəzər dənizi sahillərində çəkilib. Rejissor Hüseyn Qəribovdur.

"Gənc olmasına baxmayaraq Hüseyn Qəribov istedadlı rejissordur, onunla işləmək xoş idi. Düşünürəm ki, onun işinin nəticəsi - "O sevir" klipi dinləyicilərin və tamaşaçıların xoşuna gələcək. Biz çox çalışdıq və ümid edirəm ki, mahnı və klip mənə uğur gətirəcək.

Çəkiliş prosesində və ümumiyyətlə yaradıcılıq işlərində mənə yardım edən anama xüsusi təşəkkür etmək istəyirəm", - Səmra qeyd edib.

Xatırladaq ki, "O ses Türkiyə" layihəsində Səmra Rəhimli dörd müsabiqə mərhələsi keçib, ifaçı eləcə də "Eurovision 2012"nin  milli seçim turunda da iştirak edib.

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.