Şou-biznes

Rəhim Rəhimlidən sərt sözlər - VİDEO

27 İyul 2015 23:27
26 Şərh     Baxış: 3 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəhim Rəhimli həmkarlarının ünvanına sərt sözlər deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Onlar"a açıqlamasında bəstəkarlara pul verməyən sənətçiləri tənqid edib:

"Bəzən sənətçi həmkarlarıma əsəbiləşirəm. Vacib deyil hər ay bir mahnı təqdim edəsən, hər gün efirdə görünəsən. İnsanın qulağı, gözü var. Bir gör, eşit ki, nə oxuyursan da. Hamısı mahnı yazmağa başlayıblar. Müğənnisən mahnını oxu. Get yaxşı bəstəkara müraciət et, düzgün mahnı al. Biabırçılıqdır. Bizimkilər bəstəkara pul vermək istəmirlər. Boş-boş hər gün efirdə görünməyin mənası yoxdur. Madonna, Tarkan, Beyons kimi ulduzlar bəstəkarlardan mahnılar alırlar. Bizimkilər də gedib klassik mahnıları oxuyurlar. Rusiyada on müğənnini səhnədə görürsən. İcazə vermirlər ki, "çirkli ifaçılar" qarışqa kimi səhnəyə daraşsın. Biz icazə verdik yerindən duran gəlsin, mahnı yazsın. Belə getsə, şou-biznesimiz çökəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.