Şou-biznes

Xalq artisti: "Məni daha çox Selin Diona oxşadırlar"

27 İyul 2015 23:14
7 Şərh     Baxış: 3 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova ilə əməkdar artist Hüsniyyə Mürvətovanı bir-birinə bənzədirlər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tanınmışlar bu haqda "Onlar" verilişində danışıblar. 

Aktrisa G.Məmmədovanı çox bəyəndiyini və bu bənzədilməkdən əsəbiləşmədiyini vurğulayıb:

"Gülyanaq gözəl xanımdır. Sənətini də sevirəm. Oxşadırlar, buna da yaxşı baxıram. Boyumuzun hündürlüyü, saçlarımızın rəngi, üz cizgilərimiz oxşayır".
G.Məmmədova isə onu daha çox dünya ulduzu Selin Diona bənzətdiklərini deyib:

"Hüsniyyəni çox sevirəm. Mənə də bənzədiyimizi deyənlər olub. Amma məni daha çox Selin Diona oxşadırlar. İnsan dünyaya cüt gəlir. Mən onlara, onlar mənə oxşasın, burda nə var ki? Normal haldır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.