Şou-biznes

Ədalət Şükürov xalq artisti oldu - VİDEO - FOTO

27 İyul 2015 18:10
26 Şərh     Baxış: 5 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət Şükürov Dağıstanın xalq artisti oldu.

Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov Dağıstanda xalq artisti adına layiq görülüb.

Milli.Az xəbər verir ki, Day.Az-a bu barədə eksklüziv məlumat verən sənətçi deyib ki, dünən böyük təqdimatla şəxsən Dağıstanın prezidenti Ramazan Abdulatipov tərəfindən təltiflənib. Bundan başqa ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.

Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib.

Sənətçi onu da əlavə edib ki, 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var.

Onu da əlavə edək ki, Dağıstan höküməti "Xalq artisti" adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçkala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb.

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.