Şou-biznes

"Görüş yeri"ndə bu gün parodiyadan danışdılar - FOTO

27 İyul 2015 15:09
10 Şərh     Baxış: 2 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space"in "Görüş yeri"ndə bu gün parodiyadan danışdılar. Parodiya təhqirə keçə bilərmi? Niyə sənətçilərimiz parodiyanı qəbul edə bilmirlər? "Görüş yeri"ndə müğənni Samir Piriyev və məşhur parodiya ifaçısı İlkin görüşdülər. Eyni zamanda Türkiyədə Azərbaycanı təmsil edən tanınmış fotomodel Könül də "Görüş yeri"nin qonağı oldu. Parodiyaçı İlkin Azərbaycanın tanınmış müğənnilərinin parodiyalarını təqdim etdi. İlkinin təqdimatında Ədalət Şükürovun parodiyası daha maraqla qəbul olundu. İlkin eyni zamanda müğənni olduğu üçün Müslüm Moqomayevin repertuarından ifa təqdim etdi. Heç Samir Piriyev də veriliş boyu parodiyaçıdan geri qalmadı və bəzi həmkarlarını parodiya etdi. Xatırladıq ki, verilişin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə ərzində beş gün, saat 11:00-dan 13:00-dək efirdə olur. Verilişdən olan maraqlı fotoşəkilləri təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.