Şou-biznes

Ləçəkli Samiraldo: "İkinci Samir Bağırov olacaq" - FOTO

27 İyul 2015 11:16
82 Şərh     Baxış: 10 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış stilist Samiraldo (Samir Əliyev) yenə də geyimi ilə hər kəsi təəccübləndirib.  Milli.Az oxu.az-a istinadən bildirir ki, o, qadın paltarında şəkillər çəkdirərək İnstagram hesabında paylaşıb.

Sözün düzü, əvvəlcə bunun hansısa obraz olduğunu düşündük. Daha sonra stilistlə əlaqə saxlayanda öyrəndik ki, heç də düşündüyümüz kimi deyil.

"Kefimdən o cür geyinmişəm", - deyən stilist bu yaxınlarda partlayış edəcəyini söylədi:

"Nəhayət, efirlərdən yeni səs eşidəcəksiniz. Prodüser kimi bir müğənni ilə işləməyə başlayıram. O, səhnənin ikinci Samir Bağırovu olacaq. Möhtəşəm səsi var".

Həmçinin Samiraldodan isti yay günlərində harada dincəldiyini də soruşduq:

"Bu ay Bakının ən gözəl məkanlarında dincəldim. Gələn aydan rayonlara istirahətə gedəcəyəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.