Şou-biznes

"Yeni ailə quranda baldızımın yoldaşı ilə problemlər yaşadım"

24 İyul 2015 16:44
30 Şərh     Baxış: 14 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İradə İbrahimova ailə həyatı ilə bağlı maraqlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Zərif qəhrəman" verilişində qarşılaşdığı problemlərdən söz açıb:

"Ailə qurub Türkiyəyə gedəndə böyük risk etdim. Nümunəvi ailəm olsun deyə çalışıram. Övladım böyüyür. Onun məktəbdə edəcəyi hər hərəkət atasının və anasının mədəniyyətidir. Hər şeyə çox həssas yanaşıram. Mən hamıya örnək olmaq istəyirəm. Hər şeyin öhdəsindən rahat gəlmək mümkün deyil. Sadəcə, həyat yoldaşımın məsuliyyətini daşımıram. Qayınanamı, qayınatamı, baldızımı və onun qohumlarını hər addımda nəzərə alıram. Qarşımdakı insanları çox düşünürəm.

Yeni ailə quranda baldızımın yoldaşı ilə problemlər yaşadım. Müğənniyəm, ailəyə gəlin gəldim, önə çıxdım, hamı ətrafımda fırlanırdı. O da bundan incidi. Bu da onun mənə qarşı hərəkətlərində əks edilirdi. Oturub ağlayırdım. Qayınanama şikayət edirdim. Baldızım dedi ki, heç kim səni sevmək məcburiyyətində deyil. Ondan səni sevməsini gözləmə. O silləni yedim. Dedim, özünə gəl İradə. Mən diqqətə, əl üstündə gəzməyə öyrəşmişdim. Məni orda tutan yoldaşımın dəstəyi və onun hörmətidir".

İ.İbrahimova bədxərcliyindən də bəhs edib: 

"Qadının öz pulu olmalıdır. Əvvəl yoldaşımın bir aylıq maaşını bir çantaya verirdim. Bədxərc idim. Pulumun sayını bilməzdim. Mən azadlığa öyrəşmişdim. Pulu çantama qoyur, istədiyimə xərcləyirdim. Amma sonradan öyrəndim, özümü yığışdırdım. Pulu bölüb xərcləməyi öyrəndim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.