Şou-biznes

Nazənin-Təranə Qumral qalmaqalı: "Həbsinə nail olacağıq"

14 İyul 2015 16:57
167 Şərh     Baxış: 13 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazəninin vəkili Adəm Məmmədov mətbuata açıqlama ilə çıxış edib. Milli.Az xəbər verir ki, açıqlama hüquqlarını müdafiə etdiyi müğənni ilə Təranə Qumral arasında mövcud mübahisə ilə bağlıdır. Vəkil yenidən məhkəməyə müracət etdiklərini deyib:

"Təranə Qumralla bağlı yenidən məhkəməyə müraciət etmişik. Çünki o, Nazənin xanımın həyat yoldaşı Məhəbbət Həsənovun mətbuatda şəkillərini yayıb, eyni zamanda əxlaq normalarını aşaraq təhqiramiz fikirlər səsləndirib. Buna görə, Cinayət Məcəlləsinin 147-48-ci maddəsinə əsasən, onu cinayət məsuliyyəti gözləyir. Biz onun cinayət məsuliyyətinə cəlb olunaraq həbsinə nail olacağıq, çünki həddini aşıb.

Əslində, o, yalnız Məhəbbət Həsənovu deyil, insanların hüquqlarını tapdalayıb. Buna görə də cəzasını almalıdır. Üstəlik, üzr istəyib, təzminat ödəməlidir".

Maraqlıdır, Təranə Qumral uduzduğu ilə bağlı məhkəmə qərarı çıxarılmadığını bildirir. Vəkil onun qərarla tanış olmadığı üçün belə düşündüyünü bildirib:

"Müğənni Təranə Qumral müsahibə verərək məhkəmədə uduzmadığını deyir. O, həqiqətən də, uduzub, məhkəmənin bu barədə qərarı var və bu müzakirə olunmur. O, qərarı əlinə alıb tanış olandan sonra həqiqəti biləcək. On gün müddətinə də on min manat ödəməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.