Şou-biznes

Günay Baxşəliyeva İnstagram-dan getdi

7 İyul 2015 12:34
50 Şərh     Baxış: 15 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Günay Baxşəliyeva yay aylarını daha rahat dincəlmək üçün sosial şəbəkədən uzaq qalmaq qərarına gəlib. Milli.Az atv.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri ilə sağollaşmağı unutmayan aparıcı xanım hər kəsə uğur arzu edib:

"Bir çox "İnstagram" izləyicilərimiz bilirlər, bilməyənlərə də mən söyləyim ki, "zaur_gunay" səhifəsi həm Zaura, həm də mənə aiddir. Yəni, hər ikimizin mobil telefonunda eyni adla aktivdir. Ancaq bundan sonra bilmirəm, hansı müddətə kimi mən daha öz şəkillərimi paylaşmayacağam. Çünki bu yayı rahat dincəlmək istəyirəm. Ən əsası isə telefondan uzaq olmaq istəyirəm. Son zamanlar "İnstagram" çox zamanımı alır. Amma Zaur burada olacaq. "İnstagram"ı telefonumdan silirəm, görüm nə qədər qala biləcəyəm. Mənə uğur arzu edin, hələlik!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.