Şou-biznes

Səidə Sultan üzə durdu: ""Cıraram" demişəm? Əcəb etmişəm"

6 İyul 2015 18:41
Baxış: 4 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az publika.az-a istindən xəbər verir ki, "Əsl şou" verilişinin eks aparıcısı Səidə Sultan bütün qəzəbini sosial şəbəkədə ifadə edib.

Efirdə "cıraram səni" dediyinə görə, onu qınayanlara od püskürüb.
 
"Mən bir şeyi başa düşmürəm. Tərbiyədən, qeyrətdən danışan düdüklər, bəsdirin. Elə ən əxlaqsız  sizsiniz. Çünki kimdə nə yoxdursa, ondan danışır. Üzdə maskalanıb arxada min hoqqa çıxardan binamuslar. "Cıraram", - demişəm? Əcəb etmişəm. Nə oldu, başqalarına gücünüz çatmadı? Bilin və agah olun! Mən həmin Səidəyəm ki, Allahdan başqa heç kim məni dəyişə bilməz! O ki qaldı qullara, Allah pis insanların bəlasını versin. Amin! Bu mübarizədir. Bu mübarizəni isə axıra qədər aparacağam. Heç kimə əyilməyəcəyəm! Mən Səidəyəm! Bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin! Mənim sənətimi heç kəs əlimdən ala bilməz! O yol kəsənlər, qoy yolunu kəsməyində olsunlar! Kimə xoş deyil baxmasın! O "xalq, xalq" deyənlər də dilini qoysunlar qarınlarına! Xalqı təhqir edən olmayıb. Bu xalq dərdi çəkən çaqqallara desələr ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri də çoxlu-çoxlu öpürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.