Şou-biznes

Səidə verilişinin "davamı"nı virtuala çıxardı: "Pula satılan fahişələr..."

6 İyul 2015 17:28
65 Şərh     Baxış: 22 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultan "Space" kanalında işlətdiyi biabırçı ifadələri bu dəfə sosial şəbəkələrdə təkrarlayıb.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə İnstagram hesabında yazıb:

"Mən bir şeyi başa düşə bilmirəm. O tərbiyədən, qeyrətdən danışanlar, bəsdirin də. Elə ən böyük əxlaqsız, cındır da sizsiniz. Çünki sizin kimilər əxlaqdan danışır. Kimdə nə yoxdur, ondan danışır. Özü də maskalanıb, min hoqqa çıxardan binamuslar. Demişəm cıraram? Əcəb eləmişəm, demişəm. Nə oldu ,pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? Bilin və agah olun, mən bu Səidəyəm. Məni Allahdan başqa heç kim dəyişə bilməz. O ki qaldı qullara, Allah pis insanların bəlasını versin. Amin! Bu mübarizədir, axıra qədər aparacam və heç kimə əyilməyəcəm! Mən Səidəyəm! Mənim sənətimi heç kəs almayıb, ala da bilməz. O yolkəsənlər qoy yolumu kəsməkdə olsunlar. Kimə xoş deyil, baxmasın. O "xalq, xalq" deyənlər də dilini qoysun qarınlarına, xalqı təhqir edən olmayıb. Belə xalq dərdi çəkən çaqqallara desələr ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri də çoxlu-çoxlu öpürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.