Şou-biznes

Mətanət İsgəndərli: "Ancaq toy günü xəbər yayacam"

6 İyul 2015 16:28
20 Şərh     Baxış: 5 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin üçüncü övladı doğulacaq.

Bu haqda axşam.az-a açıqlamasında müğənni özü xəbər verib.

İki oğlan nəvəsi olan M.İsgəndərli yay istirahətindən də bəhs edib:

"Bu yaxınlarda nəvəm Tuncayla Xınalığa dincəlməyə getdim. İl boyu deyirdim ki, işlərim bitsin, istirahətə yollanacam. Evdə heç kim təsəvvür etmirdi ki, nəvəmi də özümlə aparım. Şoka düşdülər. Tuncay çox dəcəldir, hamı ondan qaçır. Bu yay Azərbaycanda dincələcəm. Bilirsiniz ki, bizim işimiz el məclislərində oxumaqdır. İstirahəti həmişə toy olmayan aylara salırıq. Hər zaman deyirdilər ki, nəvə övladdan da şirin olur, inanmırdım. İki nəvəm var, çox xoşbəxtəm. Hələ üçüncü nəvəm də yoldadır, gəlir".

M.İsgəndərli nişanlı olan qızı Ülkərin toy məclisi ilə bağlı sualları da cavablandırıb:

"Mən də qızımın xoş gününü gözləyirəm. Hər dəfə deyirik, amma olmur. Qızım gözə gəlir. Bu dəfə səssiz-səmirsiz olacaq. Ülkər özü də deyir, gizli saxlayacam. Ancaq toy günü xəbər yayacam ki, "Bu gün toydur". Mən hər zaman sevincimi də, kədərimi də xalqla bölüşmüşəm. Qızımın toyunu da mediaya açıq edəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.