Şou-biznes

İşdən çıxarılan aparıcılarla bağlı əmrlər MTRŞ-yə göndərildi

6 İyul 2015 13:45
20 Şərh     Baxış: 4 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" telekanalının rəhbəri Vaqif Mustafayev telekanalda yayımlanan "Günaydın" və "Əsl şou" verilişlərində baş verən qalmaqallarla bağlı görülən tənbeh tədbirləri - əmrlərin surətini Milli Televiziya və Radio Şurasına (MTRŞ) göndərib.

Milli.Az xəbər verir ki, bunu publika.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.
 
Kanal rəhbərliyinin olayla bağlı bütün sənədləri təqdim etdiyini deyən T. Məmmədovun sözlərinə görə, hər iki verilişin aparıcısı efirdən kənarlaşdırılıb:
 
"Bizə göndərilən əmrlərin surətlərində göstərilir ki, "Günaydın" və "Əsl şou" verilişlərinin aparıcıları efirdən kənarlaşdırılıblar.  Hər iki verilişdə efirə məsul şəxslər ciddi cəzalandırılıb və verilişləri hazırlayan prodakşnlara xəbərdarlıq edilib".
 
T. Məmmədovun sözlərinə görə, yaxın günlərdə bu sənədlər mətbuata açıqlanacaq.
 
Qeyd edək ki, "Space"in efirində yayımlanan "Günaydın" və "Əsl şou" verilişlərində efirə uyğun olmayan qeyri-etik ifadələr işlədilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.