Şou-biznes

Elnur onu valeh edən xanımdan danışdı

6 İyul 2015 14:14
15 Şərh     Baxış: 5 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni Elnur MəmmədovÜlviyyə Tağıyeva bu gün Xəzər telekanalında qonaq olublar. Elnur Məmmədov duet həmkarı Ülviyyəyə duet ifa etmək üçün yalvardığını bildirib. 

"Mən onun səsi ilə nəfəs alıram. Hətta bu sözümə görə mənə irad da tuturlar. Mən böyükləri nəzərdə tuturam. Təkcə onun səsi deyil, özünü aparması, mədəniyyəti də məni valeh edir. Səhnədə tək-tük xanımlara hörmət edilir. Bu xanıma  hörmət edilir. Hətta onunla duet ifa etmək üçün ona iki ay yalvarmışam".
 
Bundan başqa, ifaçı heç kəslə duet etməyəcəyini də bildirib.
 
"Mən heç vaxt heç kəslə duet ifa etmirəm. Mahnılarımı çoxu ifa edə bilər və edirlər də. Amma mən o səsi sevməliyəm ki, onunla duet ifa edim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.