Şou-biznes

İlhamə Quliyeva: "Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir" - VİDEO

6 İyul 2015 13:39
182 Şərh     Baxış: 5 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hərdən mənimçün deyirlər ki, İlhamə xanım çox özündən razıdır.

Bəli, mən özümdən razıyam, artıqlaması ilə razıyam, çünki mən yaxşı sənətkaram, yaxşı insanam. Deyir ki, hər bir kəs özünə hörmət etməlidir, hər bir kəs özünü istəməlidir".

Ölkə.Az xəbər verir ki, bunu Azərbaycanın xalq artisti İlhamə Quliyeva ATV telekanalının efirində "Mənə bir az ondan danış" verilişində bildirib.

Müğənni xüsusilə vurğulayıb ki, o, birinci deyil.

"Bir rəqəmi məndən sonra gəlir", - İ.Quliyeva deyib.

Xalq artisti həmçinin şou-biznesdəki bəzi həmkarlarına da atmaca atıb:

"İndi təzə dəb yaranıb. Yerindən duran başına tac taxır. Mədəniyyət xadimi insanlara mədəni xidmət etməlidir. Bizim mədəniyyətimiz sizə məxsusdur. Allah sizi mənə çox görməsin. Elə deyim ki, sizi mənə çox görməsin, məni də sizə. Mən sizi çox istəyirəm, sizin üçün yaşayıram və yaradıram", - deyə primadonna bildirib.

Qeyd edək ki, bir müddət əvvəl digər xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova başında tac ilə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.