Şou-biznes

Anar: "Sosial şəbəkədə məni izləyənlərə demək istəyirəm ki..." - FOTO

5 İyul 2015 15:47
22 Şərh     Baxış: 4 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyev yay istirahətini Gürcüstanda keçirib.

Təəssüratlarını axşam.az-la bölüşən stilist yaxın günlərdə Avropa səyahətinə çıxacağını bildirib:

"Hər il olduği kimi yay başlayan kimi Gürcüstana getdim. Nənəm orada qalır, ona baş çəkdim. Oralar çox gözəl idi. Dağda dincəldim, günəş vannası qəbul etdim. Əmin oldum ki, təkcə Azərbaycanda yox, dünyanın başqa yerlərində də məni sevənlər var. Gürcüstanda yaxınlaşıb, şəkil çəkdirmək istəyənlər olurdu. Planımda yenə də səyahət var. Həm işlə, həm də dincəlməklə bağlı Avropaya gedəcəm. Olmadığım şəhərlərə yollanacam. Çalışacam ad günümdə Bakıda olum. Həm dəniz kənarında, həm təbiət qoynunda, həm də tarixi məkanları gəzməyi sevirəm. Sosial şəbəkədə məni izləyənlərə demək istəyirəm ki, bu yay onlara çox gözəl fotolar təqdim edəcəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.