Şou-biznes

"Neçə ildir Könül Kərimovaya yalvarıram..."

5 İyul 2015 14:05
11 Şərh     Baxış: 3 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Abbas Bağırov və müğənni Könül Kərimova birlikdə kamera qarşısına keçiblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Star life" verilişinə açıqlama verən ifaçılar duet oxumaq istədiklərini bildiriblər. 

A.Bağırov K.Kərimovanın ünvanına təriflər yağdırıb:

"Neçə ildir Könül xanıma yalvarıram ki, duet oxuyaq. Azərbaycan incəsənətinin istedadlı, zəngin musiqi yaradıcılığı olan nümayəndəsidir. Niyə də onun bu istedadından bəhrələnməyim? Neçə illik musiqi təcrübəmdə Könül xanımın da rolu var. Niyə də duet oxumayaq? İnanıram ki, işimiz tamaşaçıların sevgisini qazanacaq, tarixdə qalacaq. Mahnını özümüz yazacağıq. Mən məmnuniyyətlə onun bəstəsini səsləndirəcəm. Amma bilmirəm, mənim mahnımı Könül xanım bəyənəcək, ya yox".

K.Kərimova isə əməkdar artistlə duetlərinin gecikmə səbəbini açıqlayıb: 

"Çoxdandır duet oxumağı planlaşdırırq. Həmişə də nəsə iş çıxır, yarımçıq qalır. Yaxın günlərdə bu istəyimiz reallaşacaq. Onun sənətinə dəyər verirəm. Gördüyü işlər göz qabağındadır. Ondan bu qədər xoş sözlər eşitmək gözəl haldır. İki mahnı olacaq: birini mən, ikincini də Abbas yazacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.