Şou-biznes

"Tünzalə Ağayevadan üzr istəyirəm, çox peşmanam"

5 İyul 2015 11:10
12 Şərh     Baxış: 2 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəhim Rəhimli əməkdar artist Tünzalə Ağayevanın solo-konsertinə gedə bilməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "ATV Maqazin" verilişində buna görə qarşı tərəfdən üzr istəyib:

"O xanımın konsertinə getməyi çox istəyirdim. Hətta prodüserindən dəvətnamə də istəmişdim. Mən Tünzalə Ağayevanın yaradıcılığının pərəstişkarıyam. Həmin gün halım pisləşdi. Məni xəstəxanaya çatdırdılar. Bu, işçilərim arasında gizli qaldı. Heç yerdə danışmadıq. Buna görə də konsertə qatıla bilmədim. Tünzalə Ağayevadan üzr istəyirəm, çox peşmanam. İnanıram, bu hal aramızda soyuqluq yaratmaz. Onunla bir səhnəni bölüşməyi çox istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.