Şou-biznes

Araz Ağalarovun milyonları hara gedir?

4 İyul 2015 20:03
24 Şərh     Baxış: 10 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emin Ağalarov atasının pullarının yatırım istiqamətlərindən danışıb.

Araz və Emin Ağalarovlara məxsus "Crocus Group" şirkəti Moskvada 600 milyon dollara yaxın sərmayə yatırmağa hazırlaşır.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə "Crocus Group"un birinci vitse-prezidenti Emin Ağalarov bildirib. Onun sözlərinə görə, pullar "Vegas-3" ticarət-əyləncə kompleksinin tikintisinə, həmçinin "Vegas-2"nin genişləndirilməsinə sərf ediləcək. 

"Kuntsevoda "Vegas-3" ticarət-əyləncə kompleksinin tikintisinə biz $500 mln. yatıracağıq, bu kompleks 2017-ci ildə açılacaq", - deyə E. Ağalarov vurğulayıb. 

Bu günə kimi kimi "Crocus Group" şirkəti Moskvada iki obyekt açıb. Bunun birincisi Kaşir şossesindəki 480 min kvadratmetrlik "Vegas-1", ikincisi isə "Vegas-2 Krokus Siti" (285 min kv. m) ticarət-əyləncə kompleksləridir. 

Moskvanın qərbində yerləşəcək üçüncü layihə yeni konseptual zonalarına görə fərqlənəcək. Kompleksdə interaktiv istirahət zonası nəzərdə tutulub. Buraya alpinistlərin dırmanması üçün süni qaya meydanı, iki mərtəbəli velosiped meydanı, buz meydanı, restoranlar, attraksion parkı və s. daxildir. 

"Vegas-2"nin genişlənməsi isə 1300 yerlik yeni "Vegas City Hall" transformer konsert zalının tikintisini nəzərdə tutur. Zalın tikinsinə 40 milyon dollar xərclənəcək və o, hazırda işləyən "Krokus Siti Holl" konsert meydançasını tamamlayacaq. 50 milyon dollar isə "Krokus Siti" ərazisində 12 min kv.m.-lik okeanarium yaradılmasına gedəcək. Emin Ağalarov deyib ki, okeanariumda Rusiyanın müxtəlif iqlim zonalarına xas olan balıqların akvariumları nümayiş olunacaq. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.