Şou-biznes

Xərçəng diaqnozu qoyulan aktrisa şok keçirdi

3 İyul 2015 17:46
31 Şərh     Baxış: 9 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, tanınmış aktrisa Gülnar Salmanovadan xəbər var. Döşündə xərçəng aşkarlanan aktrisanın diaqnozunun düzgün qoyulmadığı bəlli olub.
 
Bu barədə publika.az-a açıqlama verən Gülnar xanım şad xəbərin şokundan hələ çıxmadığını deyib:

"Bir müddət öncə həkimlər döşümdə şiş aşkarlamışdılar. Bir yandan böyrək çatışmazlığı, həyata ümidimi itirmişdim. Bu günlərdə həkimə getdim, müayinə olunanda həkim gözlərinə inanmadığını dedi.

Döşümdəki şiş çəkilmişdi. Sən demə, bu, adi düyün imiş, həkimlər bunu xərçəng kimi qələmə veriblər. Şad xəbərdən şok keçirdim. İndi artıq bir dərdim var, o da böyrəyimin dəyişdirilməsi. Böyrək əməliyyatı olarsa, dünyaya yenidən gəlmiş olaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.