Şou-biznes

"Aygün başa düşdü ki, bu işə qoşulmaq lazım deyil"

3 İyul 2015 17:03
23 Şərh     Baxış: 4 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova və müğənni Elton Hüseynəliyev İlhamə Quliyevanın "İncitmə qəlbimi" mahnısını oxumaq istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda İ.Quliyeva "ATV maqazin" verilişində xəbər verib:

"Elton da, Aygün də ağıllıdır. Onlar mənim "İncitmə qəlbimi" mahnımı oxuyacaqdılar. Sonra başa düşdülər ki, bu işə qoşulmaq lazım deyil. Mən sağ ola-ola onların belə etməsi nəyə lazımdır?

Özüm Rəşad İlyasovla oxumuşam. İndi isə çox sevdiyim başqa bir ifaçıyla oxudum. Payızda işıq üzü görəcək. Aygünlə Elton mahnını bu gün də oxuya bilər. Çünki mən icazə vermişəm".

Qeyd edək ki, İ.Quliyeva sözügedən mahnını əməkdar artist Abbas Bağırovla duet şəklində ifa edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.