Şou-biznes

"Bu olsa, həyatdan rahat köçərəm"

3 İyul 2015 15:57
12 Şərh     Baxış: 3 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz sənət adamları qohumlarla az görüşürük. Həmişə çalışıram onları tez-tez ziyarət edim. Mehribançılıq gözəldir. Qızlarıma da nəsihət verirəm ki, bir-birini çox istəsinlər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Almaz Ələsgərli "Hər şey daxil" verilişinə qonaq olarkən deyib:

"Evdə mehribançılığı valideyn yaratmalıdır. Uşaq ailədə necə görsə, o cür də davam edəcək. Böyük qızım Mədinə İsveçrədədir. Bu yaxınlarda balaca qızım onun yanına getdi, 3 həftə qalıb qayıtdı.

Mədinə zəng edib, bikef danışırdı. Deyir, "Əminə gedib, darıxıram". Övladım kefsiz olanda günlərlə yuxu yatmıram. Amma onların bu cür mehribançılığını görəndə çox sevinirəm. Çalışıram ki, balalarım mehriban olsun. Onda bu həyatdan rahat köçərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.