Şou-biznes

Samir Bayramlı: "Evlənmək istəyirəm, amma..." - FOTO

3 İyul 2015 14:42
23 Şərh     Baxış: 18 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Samir Bayramlı evlənmək istəyir. 

Bu haqda aparıcı axşam.az-a açıqlamasında xəbər verib:

"Evlənmək istəyirəm, amma namizədim yoxdur. Bizdə valideynlər şəxsi həyata qarışmırlar. "Kiminlə, nə vaxt istəsən evlən" deyirlər. Mənim qardaşım 18 yaşından ailə qurub. Ailə qurmaq işlərinə qismət kimi baxıram. Nə vaxt qismət olsa, onda da evlənəcəm".

S.Bayramlı toyunu mediaya qapalı edən həmkarlarına da etiraz edib:

"Tanınmış bir insanın toyunu mediaya qapalı etməsi məntiqsizdir. Mən aparıcıyam, ətrafımdakılar şou-biznes nümayəndələridir. Toyuma da onlar gələcəklər. Hamısı da foto çəkdirib, sosial şəbəkədə paylaşacaqlar. Kiməsə deyə bilməzsən ki, bəy-gəlinlə foto çəkdirməyin. Jurnalist evdə rahat oturub, sosial şəbəkədən foto götürüb xəbər hazırlaya bilər".

S.Bayramlı aparıcılıq fəaliyyətindən də söz açıb:

"Tanınmış simayam. Tək fəaliyyətim efirə çıxmaq deyil. Tədbirlər də aparıram. "Toydan əvvəl" verilişim maraqlı oldu. 3 ay davam etdi və bəyənildi. Yeni mövsümə də planlarım var. Mən daha çox agentliklərdən dəvətlər gözləyirəm. Kimsə layihəni hazırlasın, məni də aparıcı kimi dəvət etsin. Verilişdə kiminsə yerinə keçməyi sevmirəm. Layihə mənimlə başlayıb, elə mənimlə də bitir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.