Şou-biznes

Samir Bağırov peyda oldu: "Qayıdıram" - FOTO

3 İyul 2015 13:51
57 Şərh     Baxış: 13 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illərdir səhnədən uzaq düşən müğənni Samir Bağırov həmkarı Rəqsanə İsmayılova ilə məkanların birində görünüb. Lent.az-ın məlumatına görə, fotokameralara tuş gələn S.Bağırov bu sözləri deyib:

"Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanəyə və özümə uğurlar arzulayıram".

Rəqsanə də öz təəssüratlarını bölüşüb: "Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu barədə ətraflı məlumat vermək istəmirəm. Sürpriz olsun, inşallah, yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Samirlə birgə çox maraqlı bir proyekt hazırlayırıq. Səbir edin, tezliklə özünüz şahid olacaqsınız".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.