Şou-biznes

Oqtay Əliyev: "Orada heç kim, heç kimə fahişə deməyib" - VİDEO

2 İyul 2015 16:23
36 Şərh     Baxış: 15 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" telekanalında müğənni Mətanət Əsədova ilə yazar Azər Musa arasında yaranmış qalmaqal mövzusu hələ də davam edir.

Telekanalın icraçı direktoru bu gün bildirib ki, 3 gün öncə qalmaqal baş vermiş "Günaydın" proqramının bağlanması barədə qərar qəbul edilib.

Verilişin müəllifi olan "SOY production" şirkətinin rəhbəri Oqtay Əliyev isə verilişin bağlanmadığını, mövsüm finalına çıxdığını deyir. O, Milli.Az-a açıqlamasında deyib ki, bütün verilişlər mövsümün sonunda dayanır.

"Sentyabr ayından isə verilişin yenidən davam edib-etməyəcəyi müzakirə olunur. Yaxşı reytinq toplayan verilişlər davam edir. Reytinqi az olan veriliş isə bağlanır. "Günaydın" verilişi isə iyulun 17-dən mövsüm finalına çıxır", - o əlavə edib.

Oqtay Əliyev qalmaqallı verilişlə bağlı fikirlərini də səsləndirib. Onun sözlərinə görə, verilişdə "fahişə" sözü işlədilməyib.

"Azər Musaoğlu müğənni Mətanətə "Burada tərbiyəsizlik, həyasızlıq eləmə" sözlərini demişdi. Amma hörmətli xəbər saytları hətta utanmadan "fahişə" sözü yazdılar. Bir nəfər də zəng eləyib soruşmadı ki, əslində, orada nə baş vermişdi. Yazsınlar, ancaq bunu Space televiziyasının da rəhbərliyi bilir. Milli Televiziya və Radio Şurasının rəhbərliyi də bunu bilir. Bizim də ailəmiz var. Biz faşist-zad deyilik ki, kim söyüş söysə, onu götürüb verək efirə. Biz o qədər mədəni insanlar olduq ki, onun "tərbiyəsizlik və həyasızlıq eləmə" sözlərinin üstünə səs qoyduq ki, həmin sözlər efirə getməsin. Amma saytlar götürüb onun üzərinə fahişə və başqa sözlər yazdılar", - o əlavə edib.  

Oqtay Əliyev deyib ki, həmin görüntülərin orjinal versiyası var. Yaxın zamanlarda onu ictimaiyyətə təqdim edəcək

Teymur Hacıyev
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.