Şou-biznes

Rəqsanənin qızı həyatın qısalığından gileyləndi - FOTO

1 İyul 2015 23:22
20 Şərh     Baxış: 10 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın böyük qızı Aysun sosial şəbəkədə məşhurluqda anasından geri  qalmır. Onun paylaşdığı şəkil və fikirlər müzakirələrə səbəb olur. Milli.Az publika.az-a istinadən xəbər verir ki, ötən gün bir neçə şəkil paylaşan Aysun müğənnilik fəaliyyətindən və həyatın qısalığından yazıb.

"Həyatda hər şey boşdur. İstədiyin kimi yaşa. Necə xoşbəxtsənsə, elə yaşa. Bu həyat müvəqqətidir. Əbədi dünya o biri dünyadır. O biri dünyada heç kəsə yox, Allahına cavab verəcəksən. Amma elə yaşa ki, cəhənnəmin yox, cənnətin qapısı üzünə açılsın".
 
Daha sonra isə Aysun keçmiş "Aşıqlar"  qrupunun solisti, musiqiçi Elxan Şıxəliyev ilə fotosunu paylaşaraq yeni mahnı yazdırdığına eyham vurub.
 
"Ya  habibi" mahnısından sonra, yeni mahnı gəlir. Tezliklə..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.