Şou-biznes

Samira aparıcılar haqda: "Artıq-əskik danışıb, piar edirlər"

1 İyul 2015 22:44
9 Şərh     Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samira Allahverdi aparıcılardan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "5/5" verilişinin qonağı olan sənətçi verilişlərə getməməyinin səbəblərini açıqlayıb:

"Bəzi insanlar deyir ki, biclik et, yalan danış. Verilişdən imtina edəndə bəhanə gətir ki, "İşim var, toyum var". Amma mən yalan danışa bilmirəm. Dəvət ediləndə deyirəm ki, "Mən sizin verilişin formatına və ya siz mənə uyğun deyilsiniz". İstəyirlər incisinlər. Aparıcıların bəziləri düşünür ki, dünya bunlara verilib. Proqrama gələn qonağa hər cür sual verə bilərlər. Hər kəs sənətə əziyyət çəkə-çəkə gəlir. İnsan haqqları var. İnsan öz şəxsiyyətinə hörmət edir. Proqrama çağırdıqları qonaqla artıq-əskik danışmaqla verilişi piar edirlər. Məncə, əgər aparıcı hörmətsizlik edirsə, qonaq da ona eyni hərəkətlə cavab verməlidir".

Hər zaman sadəliyə üstünlük verən S.Allahverdi bunun başına bəla olduğunu bildirib:

"Belə olmaq lazım deyil. Mənə elə gəlir ki, artıq sadə insanları sevmirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.