Şou-biznes

Telli Pənahqızı "Space"dəki biabırçılıqdan DANIŞDI

1 İyul 2015 22:11
21 Şərh     Baxış: 8 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" telekanalında yayımlanan "Günaydın" verilişində yazar Əziz Musaoğlunun müğənni Mətanət Əsədovaya "fahişə" deməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Tərəflər qarşılıqlı şəkildə ittihamları davam etdirərkən, məsələ həm də sosial şəbəkələrdə müzakirə olunub.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, tanınmış teleaparıcı Telli Pənahqızı da özünün "Facebook" səhifəsində efirdə səslənən bu fikirlərə münasibət bildirib.

"Space" kanalındakı biabırçılığı "Facebook" sosial şəbəkəsində 4 min adam bəyənib, 1500 nəfər də şərh yazıb. Bir Milli Qəhrəman və ya şəhid haqqında yazı yazırsan, onu 5-10 adam candərdi bəyənir. Bu rəzalətdən sonra "Mən azərbaycanlı olduğuma görə daha fəxr etmirəm!" yazmaq istədim. İnanın mənə, bizim zövqümüzü, haqqımızı zorlayanlar nə qədər ki cəzasız gəzəcək, biz bir-birimizə barmaq silkələyəcəyik, arvadlar əllərini kişilərin gözünə soxacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.