Şou-biznes

"Bu yaxınlarda ayağım çıxdı"

1 İyul 2015 17:32
12 Şərh     Baxış: 2 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli yay istirahətindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, "5/5" verilişinə qonaq olan müğənni Xızıda dincəldiyini bildirib:

"Yaya gözəl başlamışam. Dağlarda dincəldim. Dədə-baba yurduma, Xızıya getmişdim. Əhvalım çox yaxşıdır. Biz sənət adamlarının xəstələnməyə haqqı yoxdur. Həmişə tamaşaçı qarşısına çıxmalıyıq. Hətta bu yaxınlarda ayağım çıxdı, ağrıkəsiçi iynə vurdurub efirə gəldim".

M.İsgəndərli hər zaman qalmaqaldan uzaq olduğunu söyləyib:

"Ünvanıma kimsə nəsə deyəndə susuram. Kiməsə cavab vermək mənə yaraşmaz. Hər insana baş qoşmaq olmaz. Susaraq ötüşdürmək lazımdır. Əgər mən də kiməsə cavab versəm, onun səviyyəsinə düşmüş olaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.