Şou-biznes

Xalq artisti: "Allah bizi Türkiyədə qovuşdurdu" - VİDEO

1 İyul 2015 14:06
9 Şərh     Baxış: 3 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Müğənni həyat yoldaşı ilə tanışlığından danışıb: "Həyat yoldaşımla Türkiyədə tanış olmuşuq. Allah bizi orada qovuşdurdu. Qarabağlı ilə ailə qurduğuma görə çox xoşbəxtəm". 

Sənətçi arıq qalmağının sirləri və öz yaşı haqda bunları söyləyib: "Köklüyü qəbul edə bilmirəm. Çalışıram ki, bu çəkimi, səhnə imicimi saxlaya bilim. Mən yaşımı danmağı sevmirəm, 1973-cü ildənəm". 

Tamaşaçıdan gələn "sizi bəyənmirəm" mesajına isə sevilən ifaçı belə cavab verib: "Məni bəyənmə, mən sənə bir könüldən-min könülə vurğunam. Məni sevməsəydi, o sözləri yazmazdı. Tənqid də mənə şirindir".

Müğənni şou-biznesə münasibətindən danışıb: "Azərbayacanda şou-biznes varla yox arasındadır. Şounun içində olmasam, yaxşıdır. Sənətimlə məşğulam. İstəsək də, istəməsək də, şou-biznesdəyik.  Amma şou-biznes lazımsız bir şeydir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.