Şou-biznes

MTRŞ efirdəki fahişə söhbətini araşdıracaq

30 İyun 2015 18:53
33 Şərh     Baxış: 6 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" televiziyasında yayımlanan "Günaydın" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.
 
T.Məmmədov bildirib ki, "Space"dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: "Düzdür, söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu, artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. "Space"dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir".
 
Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.
 
Qeyd edək ki, "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.