Şou-biznes

Əsədova ona "fahişəsən" deyəni məhkəməyə verir

30 İyun 2015 17:49
34 Şərh     Baxış: 6 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mətanət Əsədova "Günaydın" verilişində onun barəsində nalayiq ifadələr işlətmiş yazar Əziz Musayevi məhkəməyə verir.

Bu barədə ölkə.az-a sənətçinin özü deyib. Əsədova bildirib ki, bu həftə ərzində qeydiyyatda olduğu Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək:

"Onun mənə nə maddi təzminatı, nə də üzr istəməsi lazım deyil. O, sürünməlidir, cəzasını çəkməlidir. Mənim bu boyda sənətimi yerə vurmaq olmaz. Heç kimin ixtiyarı yoxdur ki, məni təhqir etsin".

Qeyd edək ki, "Günaydın" verilişinin bu gün efirə gedən buraxılışında yazar və sənətçi arasında gərgin anlar yaşanıb. Əziz Musaoğlu Əsədovanın "mən müğənniyəm, bəs sən kimsən" sualına belə cavab verib: "Mən aliməm, sən fahişəsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.