Şou-biznes

Xoşqədəm Doğuşu belə təbrik etdi - FOTO

30 İyun 2015 16:49
30 Şərh     Baxış: 10 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün türkiyəli müğənni Doğuşun ad günüdür. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 41 yaşı tamam olan ifaçını aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə təbrik edib. 

O, Doğuşla öz fotolarını paylaşaraq, bunları vurğulayıb: 

"Dəyərli dost, həyat yoldaşı, əsl insan... Nə yaxşı ki, bu gün doğuldun. 17 yaşına kimi "Kaş ki, heç doğulmasaydım" demisən. Amma Allah o çətinliklərdən sonra sənə xəyalını belə qurmadığın həyatı bəxş edib. Heç zaman keçmişini unutmadın.

Hər zaman köməyə ehtiyacı olanların yanındasan. Bu gün də mənimləsən. Sən dərdimi söylədiyim dostumsan, yaxınımsan, həyat yoldaşımsan. Nə yaxşı ki, anan səni dünyaya gətirib. Ad günün mübarək, həyatım. Allah hər zaman köməyin olsun, səni pis insanlardan qorusun".

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş ötən ilin oktyabrında ailə qurub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.