Şou-biznes

Faiq Ağayev müğənniləri pinti ev xanımına bənzətdi

30 İyun 2015 16:26
7 Şərh     Baxış: 2 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev "Onlar" verilişinə maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni gənc ifaçılara ismarış göndərib:

"İndi yerindən duran müğənni olmaq istəyir. Amma başa düşmürlər ki, müğənni mütləq aktyor olmalıdır. Dinləyici onun üzünü görmədən belə, səsindən ifaçının mahnıdakı sözlərə münasibətini hiss etməlidir. Etinasız formada dərd, sevgi haqda oxumaq qeyri-peşəkarlıqdır. Bu bənzətməmə görə, üzr istəyirəm.

Amma pinti ev xanımaları var, qonaq gələndə çirki xalça altında gizlədir. Etinasız mahnı oxumaq da ona bənzəyir. Axı bu, təmizlik deyil. Rəşid Behbudov, Rübabə Muradova, Zeynəb Xanlarova, Polad Bülbüloğluya qulaq asın. Onlar oxuyanda dinləyicini ağladır. Səs gözəl ola bilər. Amma onun içində xarakter olmalıdır".

F.Ağayev illərdir gündəmdə qalmağının səbəbini də açıqlayıb:

"Ali təhsilli, qırmızı diplomlu aktyoram. Bütün mahnıları yaşayıb oxumuşam. Ona görə də mən ağlayanda, tamaşaçı da ağlayır. Mən güləndə, tamaşaçı da gülür. Boyunlarına almırlarsa, öz problemləridir. Amma örnək götürsünlər. Mən də adlarını çəkdiyim sənətkarlardan örnək götürmüşəm. Kütlənin arxasınca gedən yox, kütləni arxasınca aparanlar sənətkardır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.