Şou-biznes

Doğuş: "Boşanmamışıq"

1 İyul 2015 21:17
27 Şərh     Baxış: 6 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Doğuş aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızının "Sən tək deyilsən" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı boşanmaları ilə bağlı sosial şəbəkədə verilən sualları cavablandırıb:

"Biz yaxşı insanlarıq. Başqalarından xahiş edirəm ki, bizimlə işləri olmasın. Pis enerjilərini insanları müzakirəyə sərf etməsinlər. Əgər bekardılarsa, gedib ev işləri görsünlər. Aramızda ayrılmağımıza səbəb olacaq bir problem yoxdur. Biz 20 yaşında evlənməmişik ki, boşanmaq haqqında düşünək. Niyə ayrılaq ki? Yalan söhbətlər yaymayın".

X.Hidayətqızı da həyat yoldaşının sözlərinə münasibət bildirib:

"Doğuş, efirə gəlməsəydin dəli olacaqdım. Sosial şəbəkədə birlikdə şəkillər paylaşırıq. Əgər ayrılmışıqsa, niyə birlikdə şəkil çəkdirək? Görmürsünüz ki, bir yerdəyik? Niyə söz çıxarırlar ki, boşanmışıq. Biz 40 yaşında ailə qurmuşuq. Bundan sonra niyə ayrılaq? Hamı rahat olsun, bir yerdəyik".

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş cütlüyü ötən ilin oktyabrında ailə qurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.