"Mayamidə ailəmlə birgə 4 gün istirahət etdim. Ordan birbaşa Antaliyaya səfər etdim. Azərbaycanlıların xeyir məclisində iştirak etdim. 1 həftə də orada istirahət etdim".
Milli.Az xəbər verir ki, bu sözləri "qafqazinfo"ya açıqlamasında rəqqasə Aytən deyib. Oriyental rəqs ifaçısı yenilikləri və Türkiyəyə köçməyi barədə danışıb:
"İşlərim çoxdu. Yeni mövsümdə yenə Türkiyədə layihələrə imza atacağam. Geyimlərimdə dəyişiklik olacaq. Mən demirəm ki, bağlı paltarlar tikdirəcəm. Paltarlarım daha da açıq olacaq. Çalışacam tam fərqli modellər olsun. Eyni modellərdən artıq bezmişəm. Paltarlarım rəngarəng və bahalıdır.
Aytən Türkiyədə yeni klip çəkdirəcəyini vurğulayıb:
"Türkiyədə yeni klip çəkdirirəm. Sentyabrda işıq üzü görəcək. Türkiyə musiqi kanallarında yayımlanacaq. Çünki bizim yerli televiziyalarda klip saatı yoxdu. Bir ildən sonra Türkiyəyə tam köçəcəm. Bu qışdan etibarən o tərəflərə addımlamağa başlayacam. Orada da işimi davam edəcəm. Evimin təmirini bitməyini gözləyirdim. Artıq yekunlaşır. İş üçün fürsət yarandı, mən də bu fürsəti dəyərləndirdim".
Milli.Az