Şou-biznes

"Əli, efirə çıx, təhqir elə məni" - VİDEO

29 İyun 2015 15:30
9 Şərh     Baxış: 4 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əynimdəki paltarların qiyməti 160 manatdır"

Xalq artisti Səməd Səmədov "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Müğənni uzun müddətdir qalmaqal yaşadığı Əli Mirəliyev haqda danışıb: "Allah Əli Mirəliyevin canını sağ eləsin. Əgər məni xalqın 50 faizi tanıyırdısa, indi hamı tanıyır. Buradan ona səslənirəm. Əli, öpürəm. Xahiş edirəm, dinc dayanma. Çıx efirə, məni tənqid elə, təhqir elə, yetər ki, danış. Əliyə görə məni bütün Azərbaycan tanıdı. Mənə insanlar deyirlər ki, cavab verməyin ona. Bəzi müğənnilər var, Əli onları tənqid eləsin deyə Əliyə 10 min, 20 min verməyə hazırdırlar". 

Sevilən sənətçi geyimlərinə nə qədər pul xərclədiyini də açıqlayıb: "Ucuz, amma keyfiyyətli geyinirəm. Əynimdəki paltarların qiyməti 160 manatdır: köynəyim 49, şalvarım 60, ayaqqabım 60 manat".

"Mən illərdir öz səviyyəmi qoruyuram. Aşağı səviyyəyə düşmürəm, Səməd Səmədov səviyyəsini saxlayıram. Ona görə də dəbdəyəm, inkişaf edirəm, xalq tərəfindən sevilirəm. Hər il xalqa 1-2 hit mahnı təqdim edirəm. Çox sadə insanam".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.