Şou-biznes

Hüseyn Dəryanın ilk həyat yoldaşı və qızı - FOTO

29 İyun 2015 12:56
33 Şərh     Baxış: 14 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum reper Hüseyn Dəryanın ilk həyat yoldaşı Seva və qızı Ayşə "Günə baxan" verilişinin qonağı olublar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 40 yaşına həsr edilən proqramda övladı Ayşə onunla bağlı xatirələrini bölüşüb:

"Atamın ad günüdür. Amma heyf ki, yanımızda deyil. İnanıram ki, atam qəlblərdə yaxşı insan, reper kimi qalacaq. Mən onun prinsessası idim. O, cənnətdə oturub, bizə baxır. Hamı onu təmiz, cavan, mələk kimi xatırlayacaq. Bu gün onun 40 yaşı tamam olur".

H.Dəryanın keçmiş həyat yoldaşı Seva heç vaxt yenidən ailə qurmayacağını bildirib:

"Qızıma bacardığım qədər yaxşı baxıram. Çalışıram ki, atasızlığı hiss etməsin. İndi onun elə yaşıdır ki, ataya ehtiyacı var. Tez-tez məzarını ziyarətə gedir. Atasına şeirlər yazır. Hüseynin sağlığında da ailə qurmamışdım. İndi də ikinci dəfə ərə getməyi düşünmürəm. Fikrim qızımı böyütməkdir".

Qeyd edək ki, H.Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib.

H.Dəryanın ikinci evliliyindən Cahangir adlı bir oğlu da var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.