Şou-biznes

Rövşanənin verilişi bağlandı

29 İyun 2015 10:13
67 Şərh     Baxış: 11 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS-də yayımlanan "Bazar səhəri" verilişinin sonuncu buraxılışı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcılar Kamran Həsənli Rövşanə Ağasəfqızı xəbər veriblər. 

K.Həsənli yay istirahətinə yollanacağını bildirib:

"Mövsümün son verilişidir. Biz də dincəlməyə gedirik. Maşınla gedəcəm. Əvvəl Gürcüstan, sonra Türkiyəyə yollanacam. Əgər viza ala bilsəm, Yunanıstana da gedəcəm. Maşınla yol getməyi sevirəm. Harada istəyirəmsə, orada da qalıram. Həyat yoldaşım da yanımda olacaq".

R.Ağasəfqızı sentyabrda yeni layihə ilə ekrana qayıdacaqlarını vurğulayıb:

"Sentyabrda yenidən görüşəcəyik. Bu dəfə yeni layihələrlə gələcəyik. Tam fərqli formatda tamaşaçıların qarşısına çıxacağıq. Mən də dincəlməyə gedəcəm. Amma uzaq yolda maşın sürməyi sevmirəm. Təyyarə ilə getmək yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.