Şou-biznes

Teleaparıcı Aytən: “Bəzi məmurlar məni görmək istəmir"

27 İyun 2015 23:43
38 Şərh     Baxış: 7 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər". 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu sözləri ANS TV-nin aparıcısı Aytən Səfərova sosial şəbəkədə yazıb. 

Aparıcı bəzi məmurlardan gileylənib:

"Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab Prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər. Bu səbəbdən, 20 il Vətəninə canla-başla xidmət edən bir jurnalist olaraq nə bu il iyulun 22-də (Milli Mətbuat Günü - red.) ad alacağam (ortada yeyib, qıraqda gəzənlərdən, şüvən qoparanlardan fərqli olaraq), nə də gələn il mənzil üçün ümid edə bilərəm. 

Mən buna inanmaq istəmirəm, amma reallıq tamam başqa şeydən xəbər verir. Nə etməli?! Adi "rakkadaçika" aparıcı olmaq, yoxsa nə?! Bəlkə siz bir çıxış yolu mənə dediniz (hər halda ağıl ağıldan üstündür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.