Şou-biznes

İzzət onu seçdi: "Özünə hələ deməmişəm"

27 İyun 2015 16:48
8 Şərh     Baxış: 3 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist İzzət Bağırzadə yenidən özünü aktyor və ssenarist kimi sınayacaq.

Müğənni Publika.az-a açıqlama verərək ikinci filmini ekranlaşdıracağını deyib. Növbəti filminin ssenarisni özü yazan İzzət aktyor seçimini də edib:
 
"Hələ ki, solo-konsertə hazırlaşıram. Yəqin ki, konsertdən sonra filmin çəkilişlərinə başlayacağıq. Ssenarini artıq yazıb tamamlamışam. Rollara gəlincə, həmişə sevdiyim aktyorlardan biri olan xalq artisti Nurəddin Mehdixanlını filmimdə görmək arzusunda olmuşam. Özünə hələ deməmişəm, yəqin ki, çəkiliş ərəfəsində deyəcəyəm".
 
Xatırladaq ki, İzzətin "Ayrılıq imiş" adlı ilk filmi sevgi mövzusuna həsr olunub və İzzətin tərəf-müqabili əməkdar artist Mehriban Xanlarovadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.