Şou-biznes

Sima Türkiyənin efirindən qovuldu? - VİDEO

30 May 2015 14:52
46 Şərh     Baxış: 11 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı azərbaycanlı iştirakçının diskvalifikasiya edildiyini açıqlayıb

Azərbaycanlı iştirakçı Türkiyənin ən məşhur yarışından uzaqlaşdı. Anspress-in məlumatına görə, "İşte Benim Stilim"in aparıcısı ötən gün 19 yaşlı Sima Şərafətdinovanın diskvalifikasiya edildiyini açıqlayıb. 

Aparıcı Öykü Serter seçim mərhələsindən öncə Simanın yarış qaydalarına uyğun hərəkət etmədiyini açıqlayıb. Onun sözlərinə görə, dəfələrlə xəbərdalıq edilsə də, Simanın əməllərində dəyişmə olmayıb. 

Xatırladaq ki, S.Şərafətdinova hələ keçən həftə özünün yarışı tərk etdiyini açıqlamışdı. O, digər iştirakçılar tərəfindən təhqir edildiyini, alçaldıldığını bildirib. O, hətta qızlardan birinin onun başına ayaqqabı atdığını, üzünü yandırmaqla hədələdiyini elan etmişdi. 

S.Şərafətdinova dəfələrlə yarışda sərt tənqidlərlə üzləşib, ağlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.