Şou-biznes

Səidə Sultan: "Abrımı çöldən tapmamışam ki, çıxıb efirdə sinəmi çöldə qoyum?"

28 May 2015 13:11
40 Şərh     Baxış: 27 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultan Space-də yayımlanan "Əsl şou" verilişində qarşılaşdığı xoşagəlməz hadisədən danışıb. 

Qeyd edək ki, müğənni mahnı oxuyarkən sinəsi açılıb. O, ölkə.az-a açıqlamasında bildirib ki, canlı yayımdan öncə geyimində heç bir problem olmayıb:

"Əslində, efirə çıxanda o geyimin mənə heç bir narahatlığı yox idi. Hamının geyindiyi qısa paltardı. Guya Azərbaycanda qısa paltarı tək mən geyinmişəm? Sadəcə, arxada iki mikrofon asıldığına görə belə oldu. O mikrofonlar mən oynayan vaxt sürüşdü və belə nəticələndi. Efirə baxan insanlar da gördülər ki, necə məyus oldum. Gözlərim bərələ qalmışdı. Abrımı çöldən tapmamışam ki, çıxıb efirdə sinəmi çöldə qoyum? Bir qəza idi, oldu.

Hamının başına gələcək işdir. Mən efirdəyəm deyə daha çox nəzərə çarpıram. Hansısa qadının da yolla gedəndə yubkası, köynəyi cırıla bilər. Bunu belə şişirdib xalq düşməninə çevirmək lazım deyil, ayıbdır. Bir-birimizi bu dərəcədə vurmayaq. Hamının anası-bacısı var. Bəyəm o sinə tək məndədir? İndi canlı efirdir, bilmədən başıma gəldi. Bilərəkdən heç vaxt belə etmərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.