Şou-biznes

Müğənnilər "Ferma"da

28 May 2015 13:31
1 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanal S (Region TV) xəbər verir ki, 28 May - Respublika Günü "Ferma" realiti-şousunun iştirakçıları tərəfindən qeyd olunub. Tanınmış müğənnilər şou iştirakçılarının qonağı olublar.

Аzərbaycanın teleməkanında fərqli və baxımlı layihələrdən olan "Ferma" realiti-şousunun iştirakçıları Respublika Gününü təntənəli şəkildə qeyd ediblər. Bu münasibətlə "Ferma"nın həyətində açıq havada bayram konserti düzənlənib. Tanınmış müğənnilərin ifasında maraqlı musiqi nömrələri təqdim olunub. Roza Zərgərli, Lətifə Soyuöz və digər müğənnilər öz ifaları ilə "Ferma"ya bayram əhval-ruhiyyəsi gətiriblər. Qonaqlar iştirakçılarla səmimi söhbət edib hal-əhval tutublar. Qədim diyar Şəkinin qonağı olmaqdan məmnun olduqlarını bildiriblər. Belə bir gündə tanınmışların "Ferma"da olması iştirakçılara sevinc bəxş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.