Şou-biznes

Röyanın qalmaqallı VİDEOsu: yalanı kim danışıb?

28 May 2015 09:45
9 Şərh     Baxış: 3 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, müğənni Röya onu təhqir edən şəxsi cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb. Bununla bağlı müğənninin prodüserinin ANS-ə eksklüziv açıqlamaları olub.

Anspress yazır ki, son günlər Röya Ayxanın sosial şəbəkədə bir istifadəci tərəfindən təhqir edildiyi və müğənninin həmin şəxsə qarşı adekvat cavab verdiyi səs-küyə səbəb olub.

Məlumata görə, Röya həmin şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin "İnstagram" səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib. Üstəlik, bu görüşmə gizli şəkildə videoya çəkilərək internetdə paylaşılıb.

Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb. Kimisi ona haqq qazandırıb, kimisi də bu məsələnin ancaq hüquq müstəvisində həll oluna biləcəyini düşünür.

Hüquq müdafiəçisi Adəm Məmmədov daha irəli gedərək bu hadisənin daha ədalətli araşdırılması ilə bağlı yüksək instansiyalara müraciət edəcəyini bildirib:

"Tanınmış bir müğənninin sosial şəbəkədə belə bir məsələni paylaşması və insanı çağırıb məhkəmə qurub onun cəzalandırması, hesab edirəm ki, qanunsuz bir haldır. Çünki bu cür hallar gələcəkdə digər şəxslər üçün də dəb halına düşə bilər. Biz hüquqi bir dövlətik və hüquqi dövlətdə hər bir məsələ hüquq çərcivəsində həll edilməlidir".

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev isə yaranmış insidentdə birinci tərəfi, yəni tanınmış müğəninin ünvanına nalayiq ifadələr işlədən Elnur Orucov adlı şəxsi qınadı və vurğuladı ki, kimliyindən asılı olmayaraq bir şəxsin başqa bir şəxsi təhqir etməsi yolverilməzdir:

"Ola bilsin ki, tanınmış müğənnidir və hüquqi biliyi o qədər də yüksək səviyyədə deyil. Bu nöqteyi-nəzərdən istəməyib ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Bu qanunları bilməməyindən də irəli gələ bilər. Əgər ona qarşı kimsə təhqiramiz, böhtan xarakterli hərəkətlərə yol veribsə, mütləq qaydada hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməli idi".

Məsələnin nə yerdə olması və tərəflər arasında söhbətin əslində hansı şəkildə aparılmasına aydınlıq gətirmək üçün müğənni Röya Ayxanın prodüseri Kənan Bayramovla əlaqə saxladıq.

Onun sözlərinə görə, müğənni ilə həmin şəxs arasında yaranmış problem bir müddət əvvəl baş verib və sonda hər iki şəxs görüşərək barışığa gəliblər.

"Adam normal bir şəkildə gəlib və o qayda ilə də gedib. Özü vəziyyəti danışıb, sonda üzr istəyib, gedib. Birgə oturub məsələni aydınlaşdırıblar, sonda da barışıblar. Heç kim ora zorla gəlməyib. Söhbətdə polis də olub. Sadəcə olaraq orada polislik bir iş qalmadı. Videoda olanlarla yazılanlar fərqli adamlara aid idi. Yazıda başqa adamın adı yazılıb. Jurnalist yazını elə yazıb ki, guya söhbət məhz o videodakı adama aiddir. Ümumiyyətlə, videodakı adama onun heç bir aiddiyatı yoxdur", - deyə Kənan Bayramov qeyd edib.

Xatırladım ki, Röya Ayxan bir neçə gün əvvəl "İnstagram" sosial şəbəkəsində onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb.

Sonradan müğənninin polisə müraciət edərək Elnuru tapdığı və onu cinayətkar aləmin nümayəndələri kimi sorğuladığı xəbərləri yayılıb.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.